Moldova və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinə vəsiqə uğrunda görüşdə qonaqlar qələbə qazanıb - 2:1.
Sportnet.az xəbər verir ki, meydan sahiblərinin qapısını qoruyan "Keşlə"nin qolkiperi Stanislav Namaşko kobud səhvlə diqqət çəkib. O, Moldova hesabda öndə olduğu vaxt - 63-cü dəqiqədə topu almaq üçün irəli çıxdığı vaxt Sergey Malıy Qazaxıstan millisinin bərabərlik qolunu vurub.
79-cu dəqiqədə isə Namaşkonun komanda yoldaşı Sergey Posmak topu öz qapısına göndərib.
Qeyd edək ki, cavab görüşü martın 29-da Qazaxıstanda keçiriləcək. Cütün qalibi C Liqasının 3-cü qrupunda Azərbaycan, Slovakiya və Belarusun rəqibi olacaq.