Türkiyənin "Beşiktaş" klubu fransalı baş məşqçi Valeryen İsmaellə danışıqlara başlayıb.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "qara-qartallar" bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına müraciət edib.
Anlaşmaya əsasən, 47 yaşlı mütəxəsislə 1+1 illik müqavilə imzalanacaq. Hazırda komandaya rəhbərlik edən Önder Karaveli məşqçilər korpusunda yer alacaq.