
"Maltaya qarşı matçda fərqli oyun sistemi ilə çıxış etdik. Cəmi 2 gün vaxtımız var idi. Bunları lövhədə göstərmək rahatdır, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyada necə nı dərk etməlidir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
33 yaşlı müdafiəçi bildirib ki, futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirə bilməmələri bir kapitan kimi onun özünə də pis təsir edib: "Bəzən elə məqam yaranırdı ki, futbolçular nə etməli olduğunu bilmirdi. Təcrübəli futbolçu kimi komandaya kömək etməyə çalışırdım ki, düzgün oyun və hücumlar olsun. Futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi".
Medvedevin fikrincə, Azərbaycan yığması daha güclü komandalarla matçlarda fərqli çıxış edir: "İrlandiaya qarşı daha konkstruktiv hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Bu, mənim özümə də çox pis təsir edirdi. Fərdi olaraq götürsək, biz fiziki və texniki cəhətdən rəqibdən güclüyük. Amma kollektiv şəkildə sanki problemlərimiz var. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirlər. Mən də qəbul edirəm ki, milli komanda çox məğlub olur. Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəziləri sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Halbukii rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Uşaqlar sosial şəbəkələrdə yazılanları az oxumalı, meydana təmiz beyinlə çıxmalı və yaxşı oynamalıdırlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır ki, nəticə olsun".
Qeyd edək ki, Azərbaycan yığması martın 29-da Maltada Latviya ilə yoldaşlıq görüşü keçirəcək.