
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Bakıda Belarus yığması ilə qarşılaşıb. "Bakcell Arena"da oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rəqibin heyətində 22-ci dəqiqədə İlya Vasilyeviç, 37-ci dəqiqədə Oleq Nikiforenko və 88-ci dəqiqədə Dmitri Latikov fərqlənib. Azərbaycan millisinin yeganə qolunu isə 84-cü dəqiqədə Rüfət Abdullazadə vurub.
Qeyd edək ki, Azərbaycanın U-21 yığması martın 25-də Avropa çempionatının seçmə mərhələsində Bakıda Estoniyanı 3:0 hesabı ilə məğlub edib. Bu, millinin seçmə mərhələdəki ilk qələbəsi olub.
----------------------------------
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək.
“Bakcell Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl AVRO-2023-ün seçmə mərhələsində Estoniyanı 3:0 hesabı ilə qalib gəlib.
Yoldaşlıq oyunu
29 mart
19:00. Azərbaycan U-21 – Belarus U-21 - 3:1
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
“Bakcell Arena”