
Azərbaycan millisi Latviya ilə keçirilən yoldaşlıq oyununda azlıqda qalıb.
Sportnet.az-ın məlumatına görə, Qara Qarayev 30-cu dəqiqədə rəqibə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
30 yaşlı yarımmüdafiəçi qapıçı Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb.
Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.