İngiltərənin "Çelsi" futbol klubu kapitanı Sesar Asplikueta ilə yeni müqavilə imzalayıb.
Sportnet.az "The Athletic"ə istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi bu mövsüm lazımi sayda oyun keçirdiyi üçün sözləşməsi avtomatik olaraq 2023-cü ilin yayınadək uzadılıb.
33 yaşlı arxa xətt oyunçusu ilə ölkəsinin "Barselona" klubu yaxından maraqlanırdı.
Qeyd edək ki, Sesar Asplikueta 2012-ci ildən "Çelsi"də çıxış edir.