"Neftçi" 2022-ci il MoreThanFootball layihəsi üzrə fəaliyyət həftələri üçün səfirlərini təqdim edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Azərbaycan millisinin üzvləri – Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı və nigeriyalı yarımmüdafiəçi Yusuf Lavaldır.
Martın 21-də başlayan layihə aprelin 14-dək davam edəcək.