"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl 40 yaşına qədər futbol oynaya biləcəyini bildirib. Sportnet.az-ın məlumatına görə, 33 yaşlı əlcək sahibi 2022-ci ilə qədər çərçivə qoruya biləcəyini deyib.
"İllərcə futbol oynaya bilərəm. Mütləq meydanda olmalıyam. Futbol yaxın zamanlarda atmağı fikirləşmirəm. Dino Zoff kimi 40 yaşına qədər oynaya bilərəm".
Qeyd edək ki, 1942-ci ildə anadan olan Dino Zoff 1982-ci ildə 40 yaşında İtaliya yığması ilə Dünya kubokunu qazanıb. 41 yaşında "Yuventus"un heyətinə karyerasını başa vurub.