İspaniyanın "Barselona" klubu Neymar transferi ilə bağlı yaranan qalmaqallı məsələlərə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, beynəlxalq məhkəmə hakimi Pablo Ruz braziliyalının keçidində maliyyə pozuntusu və quruma sədaqətsizlik iddiası ilə çıxış edib.
Ruz "Barselona"nın hazırı rəhbəri Josep Maria Bartomeu və sabiq prezident Sandro Rosellinin mühakimə olunmasını istəyib. Klubun rəsmi saytı vasitəsilə yayılan açıqlamada hakimin qərarına etiraz edilib.
Bəyanatda 115 illik tarixi olan "Barselona"nın bugünədək heç bir maliyyə pozuntusu etmədiyi bildirilib. Klub Ruzun qərarına etira edəcəklərini aeyd edib.
Transferlə bağlı məlumatın yer aldığı mətndə azarkeşlərə "Rahat olun, vəziyyəti düzəltmək üçün əlimizdən gələn hər şeyi edəcəyik və klubumuza heç vaxt zərər verməyəcəyik" mesajı göndərilib.
Qeyd edək ki, bir müddət öncə Neymar transferində qanunsuzluğun olduğu bildirilib.