Fransa 1-ci liqasında "Bordo"ya məğlubiyyətdən sonra PSJ-nin hücumçusu Zlatan İbrahimoviç gündəm yaradacaq ifadələr işlədib. Sportnet.az-ın məlumatına görə, isveçrəli ulduz Fransanın PSJ-ni haqq etmədiyini deyib.
Oyundan sonra əsəblərini cilovlaya bilməyən futbolçu bunları bildirib: "15 illik karyeramda bu ölkədəki kimi uğursuz bir hakim görmədim. Bu ölkə PSJ-ni haqq etmir. PSJ bu ölkədə olmamalıdır. Biz bu ölkə üçün çox yaxşıyıq".
Lakin İbranın bu fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Futbolçu dünən klubun rəsmi saytı vasitəsilə fikirləri üçün üzr istəyib.