Şota Arveladzenin istefasından sonra "Kasımpaşa" ilə adı yanaşa hallanan Ertuğrul Sağlamla bağlı klub rəhbərliyi açıqlama yayıb. Sportnet.az-ın məlumatına görə, klub tərəfindən verilən açıqlamada Sağlamla heç bir görüşün olmadığı bildirilib.
Klub prezidentinin müşaviri Hilmi Özsüz yerli mətbuata açıqlamasında mediada yer alan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib. O, baş məşqçi ilə bağlı məsələnin sabah keçiriləcək idarə heyətinin iclasında müzakirə olunacağını qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə "Kasımpaşa"nın baş məşqçisi Şota Arveladze "Konyaspor" məğlubiyyətindən (1:2) sonra istefa verib.