UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ən yaxşı qolu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Juniorun İngiltərədə "Mançester Siti" ilə ilk oyundakı dəqiq zərbəsi layiq görülüb.
22 yaşlı braziliyalı hücumçu 3:4 hesabı ilə uduzduqları matçda komandasının ikinci qoluna imza atıb. "Kral klubu" Madriddəki görüşün əlavə vaxtından rəqibini 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
"Real Madrid" finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Who scored the best semi-final goal? ⚽️????#UCLGOTW | @Heineken | #UCL
— UEFA Champions League (@ChampionsLeague) May 4, 2022