1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stadiona priotexniki maddələr buraxılacaq
Belaruslu futbol azarkeşlərə stadionda priotexniki maddələrdən istifadə etməyə icazə verilib. Sportnet.az-ın məlumatına görə, Belarus Futbol Federasiyası, klublar, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə iclasından sonra bu cür qərar qəbul edilib.
Lakin azarkeşlər istədikləri priotexniki vasitələrlə stadiona daxil ola bilməyəcək. Tərəflər arasında keçirilən görüş zamanı qəbul olunan qərarda Belarus DİN və FHN-in təqdim etdiyi sertifikata əsasən kimyəvi maddələrin stadiona buraxılmasına icazə veriləcək.
Priotexniki maddənin təhlükə zonası 30 metr olarsa (fişəng), bu zaman həmin maddəni yalnız obyekt rəhbərliyi tərəfindən təyin olunmuş şəxs tərəfindən istifadə edilə bilər. Təhlükə məsafəsi 5 metrə qədər olan priotexniki vasitələrlə bütün azarkeşlər stadiona daxil ola bilər.
Bundan başqa stadionda "Alov şou"su da olacaq. Bunun üçün stadion rəhbərliyi FHN və DİN-lə birgə yer müəyyənləşdirməlidir. Həmin ərazidə yanğınsöndürən qurğuların olması vacibdir. "Alov şou"sunun keçirilməsinə martın son günlərindən başlanılacaq.