Region Liqasının yarımfinalında "Xan Lənkəran"a qalib gələrək finala vəsiqə qazanan "Araz Naxçıvan" klubuna texniki məğlubiyyət verilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qarşılaşma "Araz Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Beləliklə, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" üz-üzə gələcək. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda oynanılacaq.