"Belə bir komanda ilə üz-üzə gəlmək görünməmiş hissdir. Rəqib bir neçə titulu olan çox çətin komandadır".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kiprin "Aris" klubunun prezidenti Lisandros Lisandrou püşkü dəyərləndirərkən deyib.
Funksioner sonadək mübarizə aparacaqlarını bildirib: "Məqsədimiz növbəti mərhələyə çıxmaqdır".
Afanasiu "ağ-qaralar"la oyunadək bir neçə futbolçu transfer edəcəklərini söyləyib: "Heyətin komplektləşdirilməsi bitməyib. Bir neçə oyunçunun yolunu gözləyirik. Komandamızdan gedənlər oldu. Hücumçular, müdafiəçi və yarımmüdafiəçi almaq istəyirik".
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.