
"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsrailin "Makkabi" (Tel-Əviv) komandası futbolçusu Natan Baltaksa ilə vidalaşıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi 26 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb.
İsrailli oyunçu son 5 mövsümü icarə əsasında müxtəlif klublarda keçirib.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.