UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Sürix"i iki futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə əsasında komandada çıxış edən xorvatiyalı Ante Koriç müqavilə ilə məxsus olduğu İtaliya "Roma"sına qayıdıb.
25 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisində 23 oyun keçirib, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
"Sürix" 21 yaşlı müdafiəçi Filip Freyin sözləşməsinin uzadılmadığını da açıqlayıb.
Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.