
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin Limassol şəhərindəki keçiriləcək “Aris” – “Neftçi” oyunu öncəsi hər iki komandanın baş məşqçisinin mətbuat konfransı baş tutacaq.
Sportnet.az xəbər verir ki, iyulun 20-də ilk olaraq Bakı vaxtı ilə saat 19:15-də “Aris”in baş məşqçisi Aleksey Şpilevski və qapıçısı Vana Alvesin iştirakı ilə mətbuat konfransı, 19:45-də isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Daha sonra "ağ-qaralar"a rəhbərlik edən Laurentsiu Regekampf və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Konfransdan sonra – saat 21:30-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, iyulun 21-də "AEK Arena"da oynanılacaq qarşılaşma saat 21:30-da başlayacaq.