Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Soprtnet.az-ın məlumatına görə, püşk nəticəsində "Neftçi", "Zirə" və "Qəbələ"nin növbəti mərhələdə üz-üzə gələ biləcəyi kollektivlər bəlli olub.
"Zirə" II təsnifat mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, "Qomel” (Belarus) / “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
"Neftçi" II təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq.
Püşkə əsasən, Azərbaycanın hər üç klubu ilk oyunlarını evdə keçirməlidir.
Qeyd edək ki, III təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də olacaq.