"Bakıya da qələbə üçün gedəcəyik".
Sportnet.az məlumatına görə, bunu "Aris"in futbolçusu Matiya Şpolyariç Kiprdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
25 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin güclü komanda olduğunu bildirib: "Rəqibi yaxşı təhlil etmişdik. Onlara qarşı yüksək təzyiq göstərdik. Çoxlu epizodlar yaratdıq, daha çox qol vura bilərdik".
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 28-də olacaq.