
"Düşünürəm ki, kifayət qədər yaxşı oynamadıq. Özümüzü inkişaf etdirməliyik. Burada problemlərimizi təhlil etməyəcəyəm. Bunu futbolçularla öz aramızda danışacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Təl-Əviv) klubunun baş məşqçisi Vladimir İviç evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı serbiyalı mütəxəssis matça yaxşı hazırlaşmadıqlarını bildirib: "Oyunçularım sanki meydanda deyildilər. İlk görüşdəki qələbənin təsiri hiss olunurdu. Hələ yaxşılaşdıracağımız çox şey var".