"Şərtlər hər iki komanda üçün eynidir. Bakıya uzun səfər hər hansı problem yaratmayacaq".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" komandasının futbolçusu Tokmak Nquen Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı hücumçu Ağdam klubunun yaxşı komanda olduğunu bildirib: "Ümumiyyətlə, bu mərhələdə zəif rəqib olmur. Rəqibin heyətindəki itkilər barədə məlumatım yoxdur. İstənilən halda, "Qarabağ" əla kollektivdir".
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.