AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA Çempionlar Liqasının matçına təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin PSV (Niderland) – "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.
Qeyd edək ki, bu görüş avqustun 9-da Eyndhoven şəhərindəki PSV stadionunda keçiriləcək.