Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün yeganə matçında "Şamaxı" "Səbail"i qəbul edib. Şamaxı şəhər stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İlk qolu 20-ci dəqiqədə qonaqlardan Ruslan Hacıyev vurub. Meydan sahiblərindən isə Amil Yunanov 71-ci dəqiqədə tarazlığı bərpa edib.
Bu nəticədən sonra yeni mövsümdə ilk xallarını qazanan komandalar 7-8-ci yerləri bölüşdürürlər.
Qeyd edək ki, avqustun 20-də "Neftçi" "Sabah"ın qonağı olacaq. Bir gün sonra "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. Bu turun "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb
-----------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, günün yeganə matçında "Şamaxı" "Səbail"i qəbul edəcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq.
İlk 2 turdan sonra xalı olmayan kollektivlər "Kəpəz" və "Sumqayıt"la birlikdə 7 - 10-cu yerləri bölüşdürür.
Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 6-da paytaxt klubu, 7-də bölgə təmsilçisi qələbə qazanıb. 6 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə bərabərlik hökm sürür 20:20.
“Şamaxı” son 6 oyunda uduzmayıb. “Səbail” son 9 səfərdə yalnız bir dəfə məğlub olub.
Azərbaycan Premyer Liqası
III tur
19 avqust (cümə)
16:30. “Şamaxı” – “Səbail” - 1:1
Qollar: Amil Yunanov, 71 - Ruslan Hacıyev, 20
Şamaxı şəhər stadionu.