2022/2023 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Almir Aqanspahiçi transfer edib.
Klub ötən mövsümü “Çukariçki”də keçirmiş bosniyalı hücumçunu 1 illik icarəyə götürüb. 25 yaşlı futbolçu “Sumqayıt”da 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Almir Aqanspahiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb. Aqanspaxiç Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.