Portuqaliyalı futbolçu Kriştianu Ronaldu cari mövsüm İngiltərənin "Mançester Yunayted" klubunda qalacaq.
Sportnet.az xəbər verir ki, bu barədə iddianı jurnalist Pedru Almeyda irəli sürüb.
Buna "qırmızı şeytanlar"ın İspaniya "Real Madrid"indən Kazemironu transfer etməsi səbəb olub. Portuqaliyalı forvard braziliyalı oyunçunun keçidinə görə Mançester təmsilçisində qalmağa qərar verib.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var. Təcrübəli oyunçu "Real Madrid"də Kazemiro ilə birlikdə çıxış edib.