"Yaxşı mübarizə apardıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra CBC Sporta açıqlamasında deyib.
25 yaşlı müdafiəçi qitənin bir nömrəli klub turnirində qrup mərhələsinə vəsiqə qazana bilmədikləri üçün təəssüfləndiyini söyləyib: "Matça yaxşı hazırlaşmışdıq. Mərhələ adlamağı çox istəyirdik. Komanda şəklikdə vuruşduq və əlimizdən gələni etdik. Amma alınmadı. Avropa Liqasında qələbələr qazanmağa çalışacağıq. Bu gün xalqımızı sevindirə bilmədik. Bütün azarkeşlərə dəstək olduqları üçün təşəkkür edirəm".
Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.