Futbol üzrə Argentina çempionatının XV turunda "Atletiko Tukuman" və "Barrakas Sentral" komandaları arasında keçirilmiş matçda baxımlı qol vurulub.
Sportnet.az-ın məlumatına görə, "Atletiko Tukuman"ın futbolçusu Mateo Koronel təxminən 70 metdən rəqib qapısına yol tapıb.
24 yaşlı argentinalı yarımmüdafiəçi 90+3-cü dəqiqədə qapıçının irəlidə olduğunu görüb və topu onun başı üzərindən tora göndərib.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Con goles así Atletico Tucuman es el puntero del campeonato ????
— A1Toque Oficial (@A1ToqueOficial) August 24, 2022
Impresionante la pegada de Coronel para marcar el 4 a 0 final.#atltucuman #ligaprofesionaldefutbol #Argentina pic.twitter.com/kFdWyKWcal