"O, çox sürətli hücumçudur, həqiqətən də komandası üçün vuruşur, çox güclü temperamentə malikdir".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"dan Fransa "Sent Etyen"inə keçən İbrahima Vadjinin keçmiş komanda yoldaşı Benjamen Karamoko "Poteuax Carrés" nəşrinə müsahibəsində deyib.
Hazırda "Şarlerua"da çıxış edən 27 yaşlı müdafiəçi Norveç "Höqesun"unda birlikdə forma geyindiyi seneqallı hücumçu barədə danışıb: "Vadji 2018-ci ildə "Höqesun"a gələrkən, əvvəlcə sağ cinahda çıxış edirdi. Lakin baş məşqçi onu məhz mərkəz hücumçusu kimi formalaşdırdı. Nəticədə o, 12 oyuna 8 qol vurdu. 4-4-2 sxemi ilə çıxış edirdik və öndə İbrahima Kone ilə birlikdə yer alırdı. Hazırda "Loryan" formasını geyinən Konenin arxadan dəstəyi ilə Vadji dərinliklərə soxulurdu. Onlar birlikdə əla çalışırdılar. Vadji həqiqətən də bu mövqedə özünü ən yaxşı hücumçu kimi göstərirdi. "Höqesun"da taktiki və texniki cəhətdən yaxşı formada idi".
Karamokonun fikrimcə, Vadji "Qarabağ"da daha da artırıb: "Biz dostuq və hərdən Azərbaycan komandasının oyunlarına baxıram. Vadji bütün yarışlarda 20 qol vurub. Fikrimcə, indi rəqib qapıları önündə daha soyuqqanlı və dəqiqdir. Vadjinin çox güclü sağ ayağı var. Açığı, hərdən mərmini elə buraxır ki, rəqib lərzəyə düşür. Üstəlik, o, komandada əla oğlandır. Hesab edirəm ki, "yaşıllar"a kömək edə biləcək oyunçudur. Komandaya məhz bu cür oyunçu lazımdır".
Kot d İvuarlı oyunçu Vadjinin "Sent Etyen"ə keçməzdən əvvəl onunla məsləhətləşdiyini də açıqlayıb: "İki həftə əvvəl o, mənə zəng etdi və "Sent Etyen" barədə soruşdu. Düşünürəm ki, Vadji komandanın liderləri ilə də müzakirə aparıb və bu komandaya keçmək istəyində olub. Mənə bildirdi ki, xoşbəxtliyini heç vaxt oynamadığı Fransada axtarmaq istəyir. İbrahimanın klub rəsmiləri Loik Perren və Loran Battleslə yaxşı münasibətləri var. Düşünürəm ki, məhz buna görə Sent Etyenə gedir. Mən ona komandada hər şeyin əla olduğunu, əsl azarkeşlərinin və yüksək infrastrukturunun olduğunu dedim".
Karamoko "Sent Etyen"dəki hazırkı duruma rəğmən, Vadjinin həddindən artıq tərəddüd içində olduğunu hiss etmədiyini də dilə gətirib: "Əksinə, komandanın Liqa 2-də sonuncu pillədə olmasından üzüntülü idi. Komanda avqustun 20-də öz meydanında "Havr"a 0:6 hesabı ilə uduzduqdan sonra ondan bir daha belə istəyinin olub-olmadığını soruşdum. Vadji isə böyük klubu bu vəziyyətdə görməyi ağrılı olduğunu söylədi. Lakin bu, İbrahimanı ora keçməkdən saxlamadı. Fikrimcə, komandadaya vəziyyəti dəyişməkdə kömək etmək üçün tam qərarlı olacaq".
Qeyd edək ki, artıq Fransada olan İbrahima Vadji sentyabrın 1-dək "Sent Etyen"lə rəsmi müqavilə bağlayacaq.