
Ukrayna millisinin və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Roman Yaremçuk karyerasını Belçikada davam etdirəcək.
Sportnet.az "Record" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ölkə çempionu "Brügge"yə keçib.
Hazırda Brüsseldə olan forvardın müqaviləsinin detalları hələlik bəlli deyil.
Xatırladaq ki, 2021-ci ildən "Benfika"da çıxış edən Roman Yaremçuk 2017 - 2021-ci illərdə Belçikada "Gent"in formasını geyinib.