“Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin sədri seçilib.
Sportnet.az-ın məlumatına görə, əsasnaməyə uyğun seçki qurumun növbəti iclasında gerçəkləşib. Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə bu posta gətirilib.
İclasa Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri ilə yanaşı, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyev də qatılıb.
Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.