"Bütün komandalar “Qarabağ”a qarşı başqa motivasiya ilə hazırlaşır. Şübhəsiz ki, biz də belə hazırlaşmışdıq. Futbolçular verdiyimiz tapşırıqları 100 faiz yerinə yetirə bilməsələr də, ən azı 60 faiz işin öhdəsindən gələ bildilər. Buna görə onlara minnətdaram".
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz"in məşqçisi Xaliq Mərdanov Qəbələdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfransında deyib.
O, görüş ərzində bəzi səhvlərin olduğunu bildirib: "Bu da futbolda başa düşüləndir. Gələcək oyunlarda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ehtiyatlı futbol oynadıq. Oyun sisteminə uyğun olaraq rəqibi əks-hücumlarda tutmalı idik. Amma rəqib bizə hücumda problemlər yaratdı. Qırmızı vərəqədən sonra daha çox çətinlik çəkdik. “Qarabağ”a qarşıdakı avrokubok oyunlarında uğurlar arzulayırıq”.