"Neftçi" böyük klubdur. Mən bunu çoxdan bilirdim. Azərbaycanda çoxlu gürcü futbolçu oynayıb və hazırda da onları burada görürük".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Solomon Kvirkveliya klubun rəsmi televiziyasında yayımlanan "Piramida" verilişində qonaq olarkən deyib.
Gürcüstanlı müdafiəçi bildirib ki, "ağ-qaralar"dan təklif alanda çox fikirləşmədən əşyalarını yığıb və Türkiyəyə uçub: "Düşünürəm ki, bu, karyeramla bağlı düzgün addımdır. Yaxşı kollektivimiz və əla baş məşqçimiz, çempionluq üçün bütün şərait var. Hər şey yüksək səviyyədədir. Çox xoşbəxtəm. Peşman deyiləm. Əksinə, şadam ki, belə böyük kluba keçdim".
Verilişin tam versiyasını təqdim edirik: