İngiltərənin "Mançester Yunayted" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından təklif alıb.
Sportnet.az "Mirror"a istinadən xəbər verir ki, adı açıqlanmayan klub 37 yaşlı hücumçuya illik 240 milyon avro maaş təklif edib.
Lakin portuqaliyalı forvard bunu geri çevirib. Ronaldu təklifi qəbul etsəydi, dünyanın ən çox maaş alan oyunçusu olacaqdı. Təcrübəli hücumçunun az forma şansı əldə etdiyi üçün mövsümün sonunadək "qırmızı şeytanlar"dan ayrılmaq ehtimalı yüksəkdir.
Daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldunu yerli çempionata gətirmək istədiyini bildirmişdi.
Qeyd edək ki, hücumçunun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.