"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhəlsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u heyətinə daha bir ulduz futbolçu qatıb.
Sportnet.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Pirey təmsilçisi Xames Rodrigeslə anlaşıb. 32 yaşlı yarımmüdafiəçi bu gün Afinaya gedəcək.
Qeyd edək ki, son olaraq Qətərdə "Əl Rayyan" komandasının formasını geyinən kolumbiyalı oyumçu İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klublarının da şərəfini qoruyub.
"Olimpiakos" daha əvvəl braziliyalı Marselo ilə müqavilə imzalayıb. "Qarabağ" bu rəqibə qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.