UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Belçika "Brügge"sindən Ferran Yutqla, Fransa PSJ-sindən Kilian Mbappe, Almaniya "Bavariya"sından Camal Musiala və İngiltərənin "Mançester Siti" klubundan Kevin de Brüyne idda edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.