
Türkiyə "Sivasspor"u Rumıniyada ÇFR komandasına qarşı keçirilən UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyunundan öncə kuryoz hadisə ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, qonaq komandanın əşyalarının olduğu çantalar Kluj aeroportunda itib. Nəticədə Sivas təmsilçisi meydana alternativ forma ilə çıxmalı olub.
Qeyd edək ki, hazırda ÇFR - "Sivasspor" görüşündə ikinci hissə oynanılır və Türkiyə təmsilçisi hesabda öndədir - 1:0.