
"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası (CAR) millisinə dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi Syerra Leone və Botsvana ilə oyunlar üçün yığmaya çağrılıb.
Matçlar müvafiq olaraq, sentyabrın 24-ü və 27-də keçiriləcək.
Qeyd edək ki, Siyanda Xulu cari mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir.