Ukraynalı futbol hakimi Dmitro Kubryak Rusiya əsirliyindən azad edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko şəxsi feysbuk hesabında bildirib.
İxtisasca neyrocərrah olan referi digər məhbuslarla birlikdə sərbəst buraxılıb. O, müharibə zamanı Mariupol şəhərində yaralıları xilas edib.
Qeyd edək ki, Dmitro Kubryak aprelin 12-də tutulub. 34 yaşlı hakim müharibəyədək Ukrayna I Liqasının oyunlarına təyinat alıb.