Argentina millisinin futbolçusu Lionel Messi Yamaykaya qarşı keçirilmiş yoldaşlıq oyununda azarkeşin kürəyinə imzasını çəkib.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı hücumçunun ilk qolundan sonra fanatlardan biri meydana daxil olub.
Daha sonra mühafizəçilər tərəfdarı oradan uzaqlaşdırıb.
Qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 13-cü dəqiqədə Xulian Alvares, 87 və 89-cu dəqiqələrdə isə Lionel Messi vurub.
Qeyd edək ki, Argentina millisi məğlubiyyətsiz oyunlar seriyasını 35-ə yüksəldib. Yığma son olaraq 2019-cu ildə Amerika Kubokunun ilk yarımfinal qarşılaşmasında Braziliyaya 0:2 hesabı ilə uduzub.
@Miltonneves Ninguém deve apoiar a invasão a campo. Mas se o Messi começou a autografar deveria proteger o torcedor, e mostrar que ele é o artista e maior que os seguranças.
— Gilmar Moschen (@GilmarMoschen) September 28, 2022
* outros grandes ,fizeram isso.
-Por isso, será apenas mais um jogador modinha. https://t.co/eIbHAHR62T