"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Miçel Qonsalesin baş məşqçi olduğu komanda VI turda "Atromitos"u qəbul edib.
Qarşılaşma Pirey təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 45+2-ci və 68-ci dəqiqələrdə Sedrik Bakambu vurub.
Xallarının sayını 11-ə çatdıran "Olimpiakos" ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.