Yunanıstan "Olimpiakos"unun futbolçusu Yussef Əl-Arabi UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçiriləcək hər iki oyunu buraxacaq.
Sportnet.az "Alphanews"a istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən mərakeşli hücumçunun durumu ciddidir.
Sağ dizinin yan bağlarında problem aşkarlanan 35 yaşlı forvard ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da Afinada, növbəti matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.