"Əlimizdəki futbolçuları yaxşı formada saxlamaqla, maksimum çalışacağıq ki, De Byazini postunda dəstəkləyək".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
40 yaşlı mütəxəssis Azərbaycan millisinin italiyalı baş məşqçisi ilə müqavilənin uzadılması barədə qərara əlavə şərh verməyi düzgün saymayıb. O, fikrini hazırda özünün də baş məşqçi kimi çalışması ilə əlaqələndirib: "Suallardan qaçan insan olmamışam. Həmişə səmimi və dürüst cavab verməyə çalışmışam. Bu qərar verilib. Əslində baş məşqçi olmasaydım, daha rahatlıqla şərh verərdim. Amma hazırda aktiv baş məşqçiyəm və hər hansı fikir bildirməyim düzgün çıxmaz".
Qeyd edək ki, Canni De Byazi AFFA ilə müqaviləsini 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin sonunadək uzadıb.