"Belə bir halın baş verəcəyini gözləyirdik. Hər şeyin ideal gedəcəyinə zəmanət yox idi. Ən azı hara gəldiyimizi bilirik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının IX tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
44 yaşlı mütəxəssis şox işləməli olduqlarını bildirib: "Yaxşı bir şey edəcəyimizə ümid edir və inanıram. Keçən oyuna baxanda bu gün oyunumuzda daha da gərginlik var idi. Udmaq istəyən, həvəsli komanda gördüm. Elə epizodlar olur ki, qola çevirmək mümkündür. Amma son ötürmə və qolda ustalıq çatışmır. Planlarımız KİV-ə deyiləsi deyil. Rəhbərliklə müzakirə edərək, çıxış yolu tapacağıq. Bu hal bizi və şəhərimizi qane etmir. Futbolçuları da başa düşmək olar. Əvvəllər başqa tələblər altında oynayıblar, indi isə şərtlər fərqlidir. Xüsusən keyfiyyətin yüksək olmayanda. Bunlar bir siqnaldır ki, işləmək lazımdır".