İngiltərə Premyer Liqasının X turunda "Mançester Yunayted" "Everton"un qonağı olub.
Sportnet.az-ın məlumatına görə, Liverpuldakı "Qudison Park" stadionunda təşkil olunmuş qarşılaşma "qırmızı şeytanlar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 5-ci dəqiqədə Aleks Ayubi penaltidən meydan sahiblərini hesabda önə çıxarıb. 15-ci dəqiqədə Antoni bərabərlik qolunu vurub. Bu qolun məhsuldar ötürməsini verən Antoni Marsyal 29-cu dəqiqədə zədələnərək, yerini Kriştianu Ronalduya verib. Məhz portuqaliyalı hücumçu 44-cü dəqiqədə dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, bu qələbədən sonra "Mançester Yunayted" 15 xalla 5-ci pilləyə yüksəlib. 10 xala malik "Everton" isə 12-ci mövqeyə geriləyib.