Braziliya "İnternasyonal"ında çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike klubunu dəyişə bilər.
Sportnet.az "Torcedores" nəşrinə istinadən xəbər verir ki, "Fluminense" 32 yaşlı vingerlə maraqlanır.
Klub prezidenti Alessandro Barkellos Enrikenin meneceri ilə görüşəcək. "Flamenqo" və Malaziya təmsilçisi "Coxor" da braziliyalı oyunçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Pedro Enrikenin "İnternasyonal"la müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edən futbolçu "köhlən atlar"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifi olub. O, Bakıda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduqları II tur oyununda fərqlənib.