UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, azarkeşlərin səsverməsinə əsasən, bu ada İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Son Hın Min layiq görülüb.
30 yaşlı oyunçu Almaniyanın "Ayntraxt" (Frankurt) komandasını 3:2 hesabı ilə qalib gəldikləri görüşdə dubl edib.