Azərbaycanın FIFA referisi Əliyar Ağayev Belçikada "Yunion" və Portuqaliyanın "Braqa" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu idarə edib.
Sportnet.az-ın məlumatına görə, Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində köməklik göstərib. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
"Den Dreef" stadionunda oynanılan qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Ağayev görüş ərzində 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Jan Tyerri Lazar və Senne Linenə, qonaqlardan isə Fabiano Silva ilə Siko Niakateyə sarı vərəqə göstərib.