Türkiyə milli komandasının keçmiş futbolçusu Ali Kemal Denizcini motosiklet vurub.
Sportnet.az-ın məlumatına görə, hadisə şəhər məhəllələrindən birində baş verib. Yolu keçmək istəyən Denizci motosiklet zərbəsinə tuş gəlib.
Ona ilkin tibbi müdaxilə xəstəxanada edilib. Sabiq futbolçunun ümumi vəziyyətinin yaxşı olduğu, qabırğaları və ayağından travmalar aldığı bildirilib.
Qeyd edək ki, hazırda 72 yaşında olan Ali Kemal Denizci futbolçu karyerası ərzində "Trabzonspor" (1972 - 1978), "Fənərbağça" (1978 - 1981) və "Beşiktaş" (1981 - 1983) formalarını geyinib. Sabiq yarımmüdafiəçi Türkiyə yığmasında (1975 - 1982) 27 oyuna 3 qol vurub. O, "Trabzonspor"la 2 dəfə Türkiyə çempionluğu və eyni sayda ölkə kuboku, "Beşiktaş"la çempionluq, "Fənərbağça" ilə kubok əldə edib. Denizci "Trabzonspor"dan yığmaya dəvət alan ilk futbolçu sayılır.