
Belarus çempionatında XXV turun BATE - "Dinamo" (Brest) matçının baş hakimi Dmitri Dolya oyun zamanı huşunu itirib.
Sportnet.az-ın məlumatına görə, hadisə 12-ci dəqiqədə baş verib. Həkimlər ona meydanda ilk yardım göstərdikdən sonra xərəklə çölə çıxarıblar.
Baş hakim funksiyasını isə ehtiyat hakim İlya Laşuk yerinə yetirib. Hazırda Dolya özünə gəlib və səhhəti yaxşıdır. İnsidentdən sonra onun səhhəti üçün ciddi problem aşkarlanmayıb. Referi müalicənin ardından görüşün keçirildiyi "Borisov Arena"ya qayıdıb.